XDMX istifadəyə verməyə hazırlaşdığı yeni saytın funksiyalarını açıqlayıb

Xüsusi Dövlət Mühafizə Xidmətinin istifadəyə verəcəyi www.blacklist.gov.az (“Qara siyahı”) saytının əsas funksiyaları məlum olub. 

Saytda internet istifadəçilərinə problem yaradan, haker hücumları məqsədi ilə istifadə edilən internet səhifələrinin adları açıqlanacaq. Hər bir istifadəçi abunə olaraq həmin siyahıdan istifadə edə bilər. Məqsəd odur ki, istifadəçilər o saytlara daxil olmasın. Əgər girsələr, yoluxa bilərlər. Və yaxud şübhəli hesab edilən domenlərlə bağlı sayta müraciət edə bilərlər ki, analiz edək və şübhəliliyi təsdiqləndiyi təqdirdə siyahıya əlavə ediləcək.

mənbə: fins.az

Author: EMIN