İnternetdə əlavə iş yeri kimi işləmək üçün 30 ideya və 12 sayt

Əlavə işləmək istəyən şəxslər üçün internetdə reallaşdıra biləcəkləri 30 əlavə gəlir mənbəyini araşdırdıq. Sadəcə internetdə görəcəyiniz işlər üçün, ilk növbədə hansı əlavə işlərin sizə uyğun olduğuna qərar verməlisiniz. Bundan sonra, sektordakı qiymətlər və görülən işlərin keyfiyyəti haqqında məlumat əldə etməlisiniz. Daha sonra isə özünüzə uyğun bir iş planı və nizam-intizamlı, sürətli və keyfiyyətli işləmək üçün lazım olan şəraiti yaratmalısınız.

İnternetdə əlavə iş görmək üçün 30 ideya

İnternetdə görülən əlavə işlər arasında bir çox metod mövcuddur. Bu metodlardan bu məqalənin sonunda qısa şəkildə bəhs edəcəyik. Əlavə işlər arasında çox asan olanlar da var, müəyyən bir təhsil tələb edilən işlər də var. İnternetdə görülən işlərə tələbat, həqiqətən çox böyükdür. Məsələn, hər gün minlərlə məqalə yazılıb satılır. Həmçinin, bir çox web saytı açılır və bunların bəziləri Adsense reklamları ilə çox yaxşı pullar qazanmağı bacarır. Sosial mediyada olan əlavə işlər isə, hər gün görülən və pul qazandıran ideyalar arasında öz yerini tutur.Başlıqlarını təqdim etdiyimiz əlavə işlərdən sizə uyğun olanlarını, necə və harada edəcəyinizə dair məlumat isə məqalənin sonundadır.

1.Sosial mediyada satış etmək

2.Youtube kanalı açmaq

3.Younow ilə pul qazanmaq

4.Məqalə yazaraq əlavə iş görmək

5.Tərcümə edərək pul qazanmaq

6.Sayt və ya blog açaraq əlavə iş görmək

7.Proqramlaşdırma sektorunda freelance əlavə işlər görmək

8.Dizayn sektorunda freelance əlavə iş görmək

9.Mobil tətbiqlər yazaraq pul qazanmaq

10.WordPress üçün tema hazırlamaq

11.WordPress üçün link hazırlamaq

12.Web saytı satışı və alışı

13.Facebook reklam alışı və satışı

14.Təqdimat yazısı satmaq

15.Twitter reklam alışı və satışı

16.Web saytları üçün seo hesabatı hazırlamaq

17.Domain alımı və satışı

18.Web saytı hazırlamaq

19.Hosting kirayələmək və nəzarət etmək

20.Google Adsense optimallaşdırılması

21.Popluyar bir mövzuda web sayt hazırlamaq

22.Xarici dillərdə web sayt açmaq

23.Fotoşəkil çəkərək pul qazanmaq

24.Video çəkərək pul qazanmaq

25.E- ticarət saytı ilə əlavə iş görmək

26.Online dərslər  verərək pul qazanmaq

27.İkinci əl saytlarda məhsul satmaq

28.İnstagramda butik açmaq

29.Dublyaj işlərindən pul qazanmaq

30.Son istifadəçi testləri (freelance’lar) ilə əlavə iş görmək

 İnternetdə əlavə iş görmək üçün 12 web sayt

Türkiyədə əlavə işlərin görüldüyü saytlar

1- Əlavə işlərin ən çox görüldüyü yer R10 webmaster forumudur. Ötən illərdən bu yana, popluyarlığını qoruyan R10.net web saytında yuxarda sadalanan  işlərin bir çoxu haqqında elanlara rast gələ bilərsiniz. İnternetdən pul qazanmaq barəsində bir çox mövzuda bu saytdan məlumat ala bilərsiniz.

2- Bir başqa webmaster portalı isə wmaraci.comdur . Bu saytda bir çox webmaster fərqli sahələrdə işlər görür. Bir qismi əsas iş, bir qismi də əlavə iş kimi görülən işlər üçün ödənişlər, bir qayda olaraq hər iki tərəfin də razılığına əsasən əvvəlcədən edilir.

3- Bionluk.com saytını daha əvvəlki  məqaləmizdə qeyd etmişdik. Bu sayt görülən işlər üçün komissiya haqqı alır, yəni digər iki sayt kimi deyildir. R10 və wmaraci.com da komissiya haqqı yoxdur.

4- İnternetdə əlavə iş görülən saytlardan biri də Sadeceon.comdur. Bu sayt bionluk.com saytı ilə demək olar ki eynidir və sadeceon saytı da görülən işlərdən komissiya haqqı alır.

5- Ytpara.com adlı sayt isə YouTube təməlli pul qazanmaq üçün açılmış geniş əhatəli bir web forumudur. Saytda pul qazanmağınız üçün bir çox ipucu mövcuddur və həmçinin sayt üzvləri, bu forumda bilmədikləri bir çox məlumatı da öyrənə bilirlər. 

Dünya miqyasında əlavə işlərin görüldüyü xarici saytlar

1- İnternetdə əlavə iş görə biləcəyiniz ilk xarici sayt Warriorforum.comdur. İnternet və dijital satış sahəsində bir çox işin görüldüyü ilk forumlardan biridir. Yuxarda bəhs etdiyimiz işlərlə yanaşı, affilite satış sahəsində də işlər görülür.

2- Clickbank.com. Dijital məhsullar, e- kitablar və xüsusi məhsullar sahəsində satışlar üçün ortalıq proqramı olan geniş yayılmış affilite saytlarından biridir. Qısa şəkildə desək, sistemə üzv olub seçdyiniz bir məhsulu internetdə satsanız, komissiya haqqı alacaqsınız. Ümumiyyətlə, bu saytda komissiya faizləri yüksək olur və işini yaxşı görənlər böyük məbləğdə pullar qazanırlar. 

3- Fiverr.com  5 dollardan başlayaraq işlərin görüldüyü, ən çox tanınan internetdə əlavə iş görülən saytlardan biridir. Sayt İngilis dilində fəaliyyət göstərir və ayda 27 milyona yaxın ziyarətçisi vardır. İş elanlarının siyahısında internetdə görülən bir işə rast gəlmək mümkündür.

4- forums.digitalpoint.com  saytı, r10 tərzində işləyən bir saytdır. Saytda ən çox iş görən hindistanlılardır və saytda bir çox iş imkanı mövcuddur.

5- depositphotos.com Fotoşəkil fondu hazırlanan bu saytda, fotoşəkil yükləyərək və sataraq əlavə iş görə bilərsiniz. Türk versiyası da olan bu sayt, dünyada məşhur olan fotoşəkil saytlarından biridir.

6- Udemy.com Online video dəslərin, video hesabı pul ödəndiyi bir təhsil saytıdır. Saytda bir çox kateqoriyada video dərslər aparılır. Siz də saytda olan kateqoriyalardan birində dərs videoları çəkərək və ya çəktirərək pul qazana bilərsiniz.

7- Envato.com Avstraliya mərkəzli bir şirkətdir. Şirkətin, xüsusilə proqramlaşdırma və qrafik-dizayn sahələrində ayrı ayrı saytları çox rəğbətlə qarşılanır. Themeforest və graphicriver kim saytları çox yaxşı fəaliyyət göstərir və burda iş görən şəxslər külli miqdarda qazanc əldə edirlər. 

Mənbə: cazibe.info

Author: EMIN