Sahibkarların işini asanlaşdıracaq 8 internet resursu

Sahibkar dediyimiz zaman ağıla çox böyük büdcəsi olmayan və buna görə də az adamla çox iş etməyə çalışan şirkətlər yaxud insanlar gəlir. Qəti olan bir şey var ki, o da hamısının ortaq nöqtəsinin məhdud zaman və büdcə olmasıdır.

Həm ödənişsiz, həm faydalı, həm də sizə zaman qazandıracaq bir neçə tətbiqi paylaşmaq istərdik. Bu tətbiqləri istifadə etməyi vərdiş halına çevrimək hər baxımdan sizə faydalı olacaqdır.

1- Google Analytics:

Sahibkarların etməsi lazım olan əsas işlərdən biri proseslərin inkişafını izləməkdir. Sisteminizi izləmək, statistikaları və bu statistikaların sizə izah etdiklərini araşdırmaq işinizi böyüdə bilmək üçün etməniz lazım olan əsaslardır. Google Analytics əgər online bir sahibkarsınızsa mütləq istifadə etməli olduğunuz bir vasitədir. Üstəlik, sadəcə ziyarətçi sayları kimi sadə şeyləri deyil, xəyal belə edə bilməyəcəyiniz qədər çox məlumatı sizə təqdim edir.

2- Edgerank Checker:

İşinizin bir Facebook səhifəsinin olması son illərin ən populyar başlığıdır. Edgerank Checker bunu pulsuz olaraq təqdim edir. Səhifənizdə aktiv saatlar hansı vaxtlardır, kütlənizin maraq dairəsi, yaş, cinsiyyət kimi bir çox məlumata yiyələnə bilər, daha şüurlu bir sosial media rəhbərliyi ilə təsiri artıra bilərsiniz.

3- Buffer:

Pulsuz olaraq birdən çox sosial sayta paylaşım etmək istəyirsinizsə Buffer sizin bu istəyinizi təmin edəcək. Bunu yalnız işiniz üçün deyil, fərdi istifadə üçün də tətbiq edə bilərsiniz. Siz də bir markasınızsa, öz hesablarınız da laqeyd yanaşmamalısınız.

4- Google Drive:

Online işlərinizdə çox rahat istifadə edə biləcəyiniz və kollektiviniz ilə sinsronizasiya şəklində irəliləməyinizi təmin edəcək, fayllarınızı arxivləyəcək ödənişsiz bir sistem olaraq Drive əla bir seçim olacaqdır. Gmail hesabınızda ödənişsiz istifadə edə bilirsiniz, amma öz əhatənizə bağlı bir hesab açmaq istədiyinizsə bu zaman ödənişə ehtiyac olacaq.

5- AllConferences:

İş dünyasında çox zaman vacib konfransa qatılmaq imkanınınız olmaya bilir. Xüsusən də, dünyanın fərqli yerlərində bir çox fərqli mövzudakı konfransa qatıla bilmək üçün tək etməli olduğunuz şey Allconferance.com-a daxil olmaqdır. 

6- Social Mention:

İşinizi görürsünüz, bəs müştəriləriniz sizin haqqınızda nə düşünür? Bunu ödənişli olaraq öyrənmək asandır, amma əgər çox da pul xərcləmək tərəfdarı deyilsinizsə, Social Mention ilə haqqınızda kim, harda, nə yazıb deyə maraqlanırsınızsa, izləyib tanış ola bilərsiniz. 

7- TweetDeck:

Birdən çox Twitter hesabı ilə maraqlanmaq məcburiyyətindəsinizsə və çox aktiv hesablardırsa TweetDeck sizin üçün vacib amilə çevriləcəkdir.

Mənbə: technimum.com

Author: EMIN