Smartfonunuz suya düşsə bunları edin

Smartfonunuz suya düşsə nə etməlisiniz? Qarantiyanız olsa belə bu vəziyyət çərçivəsində deyil. Lakin telefonunuzu xilas etmək sizin əlinizdədir. Əgər başınıza belə bir hal gəlsə o saat ümidsizliyə qapılmayın. Aşağıdakı tövsiyyələri yerinə yetirsəniz smartfonunuzu xilas edə bilərsiniz.

  • Telefonunuzu söndürün

Telefon suya düşdükdən sonra əksər insanlar onun işləyib-işləmədiyini yoxlamaq istəyirlər. Lakin bu səhv addımdır. Telefon söndürülənə qədər keçən 3-5 saniyə çox əhəmiyyətlidir. Mümkün olduğu qədər tez telefonunuzu söndürün.

  • Telefonunuzu parçalarına ayırın

Smartfonunuzun içindəki, SD kartı, SİM kartı və batarekanı çıxardın və hamısını ayrı-ayrı qurumağa qoyun.

  • Üzərindəki suyu vakkumlayın

Əgər suyu çəkəcək cihazınız yoxdursa, qulaqlıq girişi, enerji və kart yuvalarından suyu ağzınızla çəkin.

  • Qurumağa qoyun

Bütün bu proseslərin ardınca smartfonunuzu bir qab düyünün içində qurumağa qoyun. Əsla və əsla fendən istifadə etməyin. 48 saat düyü içində saxlayın və arabir telefonun vəziyyətini dəyişdirin.

  • Telefonu yandırın

Telefonunuzu düyüdən çıxarın. Əgər arxa tərəfində nəm varsa silin, yox nəm daxilindədirsə onda düyüdə bir az daha  gözlədin. Cihaz təmamilə quruduqdan sonra enerjisi varsa işləyəcəkdir. Unutmayın telefonunuzun bəzi funksiyaları işləməyə bilər lakin bu tövsiyyələrə əməl etsəniz yeni telefon almaq əvəzinə daha ucuz təmirlə qurtula bilərsiniz.

Mənbə: nodmag.com

Author: EMIN